Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin köməkçisindən çağırış: <font color=red><b>""Məşhur senaristə” münasibətinizi bildirin"</b></font>

17:42 - 23 May 2018 tarixində dərc olunub.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində oxuculara müraciət edib. Ucnoqta.az xəbər verir ki, Əli Həsənov hər bir azərbaycanlını kinorejissor Ayaz Salayevin Rüstəm İbrahimbəyovla bağlı son məqaləsini oxumağa çağırıb:

“İstərdim ki, hər bir azərbaycanlı hörmətli kinorejissor Ayaz Salayevin bu məqaləsini oxusun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur senaristə”,  Rüstəm İbrahimbəyov adlanan milli dönüyə münasibət bildirsinlər”.

Prezidentin köməkçisi Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyi göstərdiyinə görə təşəkkür edib:
"Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm..." 

Qeyd edək ki, Ayaz Salayevin tənqidi məqaləsi 2015-ci ildə çəkilən “Qafqaz triosu” filminə həsr olunub. Filmin rejissorları Eldar Şenqelaya, Fuad İbrahimbəyov, ssenaristi Rüstəm İbrahimbəyovdur.

“Xalqı işğal olunmuş doğma torpaqlarının qaytarılması arzusu ilə yaşayan, öldürülən azərbaycanlı uşaqların fotolarını görməməsi mümkünsüz olan yazıçı İbrahimbəyovu bu gün incəsənət xadimi kimi bir problem narahat edir – erməninin Bakıya rahat və təhlükəsiz şəraitdə gəlməsi” -deyə A.Salayev məqaləsində qeyd edir. 

Qeyd edək ki, Ayaz Salayevin tənqidi məqaləsi 2015-ci ildə çəkilən “Qafqaz triosu” filminə həsr olunub. Filmin rejissorları Eldar Şenqelaya, Fuad İbrahimbəyov, ssenaristi Rüstəm İbrahimbəyovdur.
Məqaləni bu linkdən oxuya bilərsiz: http://br.az/politics/20180523090855028.html

Müəllif: