Ucnoqta.az
www.ucnoqta.az

Aksiz markasız araqların realizə edilməsinin qarşısı alınıb

14:55 - 23 May 2018 tarixində dərc olunub.

Tovuz Gömrük İdarəsinin əməkdaşları aksiz markasız araqların realizə edilməsinin qarşısını alıblar.

Ucnoqta.az xəbər verir ki, DGK Mətbuat Xidmətindən verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Bakı şəhəri istiqamətində hərəkət edən "Setra S215HD" markalı sərnişin avtobusu Tovuz rayonunun avtovağzal ərazisində saxlanılıb. Avtobusun yük yerinə baxış zamanı oradakı üç karton qutuda Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan araqların olduğu müəyyən edilib.
Daha sonra avtobusa Tovuz Gömrük İdarəsinin inzibatı binasının həyətində təkrar baxış keçirilib. Nəticədə, karton qutularda "Nemiroff" adlı 1 litrlik ölçüdə 48 ədəd araq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: