Ucnoqta.az
www.ucnoqta.az

Şəhid hərbçinin medalı ailəsinə təqdim olunub- <font color=red><b>Foto</b></font>

12:23 - 23 May 2018 tarixində dərc olunub.

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, medalı bu gün, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin üç mərasimində Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təqdim edib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.
Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə şəhid hərbçi “Şücaətə görə” medalı ilə təltif olunub.

Müəllif: