Ucnoqta.az
www.ucnoqta.az

Gömrükçülər ayaqqabının içərisində heroin tapdılar

11:24 - 21 May 2018 tarixində dərc olunub.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Ucnoqta.az xəbər verir ki, DGK Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 

Müəllif: