Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda fəhlə işlədiyi binanın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

11:22 - 21 May 2018 tarixində dərc olunub.

Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib. Belə ki, təxminən 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: