Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə avtomobil aşıb

10:52 - 20 May 2018 tarixində dərc olunub.
Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü kənd sakini Hüseynov Səməd Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Müəllif: