Salyanda daşla dolu “KaMAZ” aşıb- <font color=red><b>Foto</b></font>
10:57 - 19 May 2018 tarixində dərc olunub.
Salyan rayonunda yük avtomobili aşıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Dayıkənd kəndi ərazisində baş verib.
Belə ki, mişar daşları ilə dolu “KaMAZ” markalı maşın qarşısına çıxan “Şaqman” yük avtomobili ilə toqquşmadan yayınmaq istəyən zaman yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib və mişar daşları ətrafa dağılıb.
Faktla bağlı araşdırma aparılır.