Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

16:47 - 18 May 2018 tarixində dərc olunub.

Bu gün Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ucnoqta.az xəbər verir ki, "Report" Qırğızıstan prezidentinin rəsmi saytına istinadən məlumat verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: