Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycandan İrana 10 pişiyi qaçaqmal yolu ilə aparan şəxs saxlanılıb

13:24 - 18 May 2018 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən 2018-ci ilin 17 may tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Ucnoqta.az xəbər verir ki, DSX-dən verilən məlumata görə, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­candan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­ıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.
Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik bala­larını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: