Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə yol qəzasında 5 nəfər xəsarət alıb

11:01 - 18 May 2018 tarixində dərc olunub.

Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhərin M. Maqomayev prospektində sürətlə hərəkət edən “Lada Priora” markalı minik  avtomobili yolun kənarında dayanmış “VAZ-2106” avtomobilinə çırpılaraq aşıb. Hadisə zamanı “Lada Priora”nın sürücüsü, 1983-cü il təvəllüdlü Mərdanov Elşən Bakir oğlu, 1995-ci il təvəllüdlü Tanrıverdiyeva Könül Nazim qızı, onun bacısı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva, 1991-ci il təvəllüdlü Ədilova Aysel Şamil qzı və “VAZ 2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: