"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev öz ərizəsi ilə işdən çıxır.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a onun özü məlumat verib.
N.Paşayev bu il mayın 31-dək QSC-də çalışacağını, həmin tarixdən sonra rəis vəzifəsini icra etməyəcəyini deyib.
Qeyd edək ki, N.Paşayev 2014-cü ilin mart ayından bu vəzifədə işləyir.