Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçriləcək.
İclasın gündəliyinə “Yanğın təhlükəsizliyi haqqında”, “Hesablama Palatasının hesabatı haqqında”, Əmək Məcəlləsinə, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Dövlət qulluğu haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Hesablama Palatası haqqında” qanun layihəsi 2-ci oxunuşda, “Təhsil haqqında” qanunlarına dəyişiklikləri daxil edilib.