Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yük maşını qadını vurub

12:22 - 17 May 2018 tarixində dərc olunub.

Bakıda avtomobil yolu keçən piyadanı vurub.

Ucnoqta.az xəbər verir ki DİN-dən verilən məlumata görə, mayın 16-da saat 7 radələrində Nərimanov rayonunun Ə.Qayıbov küçəsində Quba rayon sakini Ələmşah Sultanov idarə etdiyi “Dong Feng” markalı yük avtomobili ilə yolu keçən Şəmkir rayon sakini Nərmin Sadıqovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: