Abşeron rayonunun Saray qəsəbəsində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü yerli sakin Heydərov Əli Yusif oğlu yaşadığı qəsəbə ərazisində öz evinin damından yıxılaraq ağır xəsarət alıb.
O, dərhal yaxınları tərəfindən Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.