Ucnoqta.az
www.ucnoqta.az

Prezident Naxçıvanda məktəb açılışında iştirak edib

11:44 - 16 May 2018 tarixində dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.apa

Müəllif: