Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Sabirabadda yeni doğulan 2 körpə ölüb</b></font>

10:16 - 15 May 2018 tarixində dərc olunub.
Sabirabadda körpə ölümü qeydə alınıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb.   Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.   Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.   Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.   Hazırda faktla bağlı araşdırma aparılır. 
Müəllif: