“Bayıl sürüşmə sahəsində aparılan tədqiqat işlərini gələn ay başa çatdırmağı planlaşdırırıq”.
Ucnoqta.az xəbər verir ki. bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, hazırda ərazinin geoloji öyrənilməsi, buruq-qazma işləri, topoqrafik müşahidələr, mühəndisi-geoloji araşdırmalar davam etdirilir.
Ə. Qaralovun sözlərinə görə, sürüşmə sahəsində aparılan araşdırmaların nəticələri haqda hər 10 gündən bir Nazirlər Kabinetinə məlumat verilir, mayaklar həftədə 1 dəfədən az olmayaraq dəyişdirilir: “Biz gələn ay çöl işlərini başa çatdırmağı planlaşdırırıq. Bundan sonra hesabat Nazirliyin Elmi - Texniki Şurasında müdafiə olunacaq və aidiyyəti orqanlara təqdim olunacaq”.
Ekspedisiya rəisi qeyd edib ki, Bayıl sürüşmə sahəsində vəziyyət stabildir, aktivlik müşahidə olunmur.