Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycanda Ramazan ayının başlayacağı tarix məlum olub</b></font>

11:11 - 14 May 2018 tarixində dərc olunub.

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub. Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.

Müəllif: