Ucnoqta.az
www.ucnoqta.az

Almeyda və Pedro “Qarabağ”dan gedir –<font color=red><b> rəsmi açıqlama</b></font>

13:52 - 11 May 2018 tarixində dərc olunub.
“Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda klubundan ayrılır.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi yayda müqavilə başa çatacaq milliləşdirilmiş braziliyalı oyunçuya yeni təklif irəli sürsə də, o, bunu qəbul etməyib və karyerasını xaricdə davam etdirməyə qərar verib. Onunla İtaliya və Türkiyə klublarının maraqlandığı bildirilir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərlə söhbətində təsdiq edib ki, Almeydanın komandada qalmaq ehtimalı çox azdır: “Riçard Almeydanın müqaviləsi bitir. Ona yaxşı təklifləri var”.

Q.Qurbanov mövsümün sonu müqaviləsi başa çatacaq Pedro Enrikenin də "Qarabağ"dan gedəcəyini bildirib.
Müəllif: