Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Türkiyədə “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib

10:34 - 10 May 2018 tarixində dərc olunub.

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olub.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.

Müəllif: