Ucnoqta.az
www.ucnoqta.az

DİN: Axtarışda olan 17 nəfər saxlanılıb

09:43 - 10 May 2018 tarixində dərc olunub.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Müəllif: