Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq
11:36 - 9 May 2018 tarixində dərc olunub.
Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 5 nöqtəsində - Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkı, Zərifə Əliyeva parkı, Zabitlər parkı və Fəvvarələr meydanında çıxış edəcək.