Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək

19:17 - 8 May 2018 tarixində dərc olunub.

 Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir.

Müəllif: