Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Yahya Ağayev Eldar oğlunun ölməsi barədə təfərrüat məlum olub.
Ucnoqta.az xəbər verir ki, Saatlı rayon təhsil şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, uşaq ürək tutmasından vəfat edib: “8-ci sinif şagirdi olan Yəhya bu gün səhər saat 9:30-da tənəffüz zamanı məktəbin həyətindəki su çəninə yaxınlaşıb. Üzünə su vurmaq istədikdə yıxılıb. Təcili tibbi yardım çağırılıb. Amma onu həyata qaytarmaq mümkün olmayıb.
Saatlı rayon təhsil şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanları hadisə yerində olublar. Döyülmə hadisəsi olmayıb. Yəhya ürək tutmasından vəfat edib".