Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan Ermənistanın yeni baş naziri seçildi 

13:53 - 8 May 2018 tarixində dərc olunub.
Ermənistan müxalifətinin lideri, "Yelk" partiyasının sədri Nikol Paşinyan parlamentin bugünkü iclasında ölkənin yeni baş naziri seçilib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Parlamentdə 59 deputat N.Paşinyanın baş nazir seçilməsinin lehinə, 42-si isə əleyhinə səs verib. Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar keçirilib. Aprelin 23-də isə S.Sarkisyan vəzifəsindən istefa verib.
Müəllif: