Paşinyan: “Azərbaycanla Qarabağ danışıqlarını aparmağa hazıram”
12:59 - 8 May 2018 tarixində dərc olunub.
“Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentində baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır.