Ucnoqta.az
www.ucnoqta.az

“Güzəştli mənzil”in satışında yaranan problemin səbəbləri <font color=red><b>AÇIQLANIB</b></font>

10:46 - 8 May 2018 tarixində dərc olunub.
Ötən gün ölkə başçısının 11 noyabr 2016-cı il fərmanı ilə təsdiqlənmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi üçün satışına başlanılıb. Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən seçilib. Satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilib. Sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olmuşdur. “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb. Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olmuşdur. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları aradan qaldırıb. Agentlik və nazirlik növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək.qafqazinfo
Müəllif: