Ucnoqta.az
www.ucnoqta.az

AZAL-ın İstanbula uçan təyyarəsi məcburi eniş edib

10:19 - 8 May 2018 tarixində dərc olunub.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 08:59-da havaya qalxan, J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər ƏliyevBeynəlxalq Aeroportuna geri dönməyə qərar verib.  Ucnoqta.az xəbər veirr ki, AZAL-dan verilən məlumata görə, təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstanbula yola salınacaqlar. Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək.  AZAL yaranmış narahatlığa görə üzr istəyib.
Müəllif: