Ucnoqta.az
www.ucnoqta.az

Əli Həsənov: <font color=red><b>“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub"</b></font>

16:29 - 7 May 2018 tarixində dərc olunub.

“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub”.

Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumıuna xəbərdarlıq edərək qəzet yarada bilər: “Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosital şəbəkə istfiadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki,ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır”.

Müəllif: