Ucnoqta.az
www.ucnoqta.az

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri-iş günüdür

15:14 - 7 May 2018 tarixində dərc olunub.

9 may Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Ucnoqta.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Müəllif: