Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda nənəsinin evindən oğurluq edən nəvə saxlanılıb

12:00 - 7 May 2018 tarixində dərc olunub.
Tovuz rayonunda nəvə dostları ilə birgə nənəsinin evindən oğurluq edib. Ucnoqta.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan 2 yeniyetmə saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
Müəllif: