Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildə 80 yaşlı kişi meyiti tapılıb

16:50 - 5 May 2018 tarixində dərc olunub.
Paytaxtda mənzildə 80 yaşlı kişi meyiti tapılıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Zülfüqarov Mikayıl Məhərrəm oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Müəllif: