Ucnoqta.az
www.ucnoqta.az

Çaylarda mövcud vəziyyət açıqlanıb

19:49 - 4 May 2018 tarixində dərc olunub.

Azərbaycan çaylarındakı və transərhəd çaylarındakı mövcud vəziyyət açıqlanıb. 

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 60-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Mayın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 424 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Eyni zamanda mayın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 337 sm (2017-ci il mayın 4-də 352 sm), Şirvanda 197 sm (2017-ci il mayın 4-də 215 sm), Salyanda 123 sm (2017-ci il mayın 4-də 138 sm), Bankədə, 167 sm (2017-ci il mayın 4-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2017-ci il mayın 4-də 65 sm) təşkil edir.

Müəllif: