Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda ev yanıb

22:05 - 3 May 2018 tarixində dərc olunub.
Beyləqanda yanğın hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, yanğın rayonun Birinci Şahsevən kəndində ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 
Müəllif: