Ucnoqta.az
www.ucnoqta.az

Bu il Azərbaycanda baş verən yol qəzalarında 162 nəfər ölüb

20:55 - 3 May 2018 tarixində dərc olunub.

Bu il Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 505 nəfər olub. Onlardan 162 nəfəri ölüb, 343-ü isə yaralanıb. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş verib, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, yaralananların sayı isə 15,0 faiz azalaraq 328 nəfər olub.

Müəllif: