Ucnoqta.az
www.ucnoqta.az

BVF 2019-cu ildə Azərbaycanın qaz ixracının 33% artacağını proqnozlaşdırır

20:14 - 3 May 2018 tarixində dərc olunub.

Beynəlxalq Valyuta Fondu 2018-2019-cu illər üzrə Azərbaycanda xam neft və təbii qaz hasilatı və ixracı ilə bağlı proqnozunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “APA-Economics” Beynəlxalq Valyuta Fondunun “Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə regional iqtisadi proqnoz” adlı hesabatına istinadən xəbər verir.
Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycanda xam neft hasilatının sutkalıq 790 min barel, növbəti il isə 780 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Qaz hasilatının isə bu il 410 min kubmetr, 2019-cu ildə isə 540 min kubmetr olacağı gözlənilir.
Hesabat müəllifləri qeyd edir ki, 2018-ci ildə Azərbaycanda xam neft ixracının sutkalıq 750 min barel, 2019-cu ildə isə 1,33% və ya 10 min barel azalaraq sutkalıq 740 min barel təşkil edəcəyi proqnozlaşdırılır: “Bu il Azərbaycanda 360 min kubmetr qaz ixrac olunacağı proqnozlaşdırılır. 2019-cu ildə isə qaz ixracının 33,33% və ya 120 min kubmetr artaraq 480 min kubmetrə yüksələcəyi gözlənilir”.

Müəllif: