Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstanın beynəlxalq axtarışa verdiyi qadın Azərbaycanda saxlanılıb

10:39 - 3 May 2018 tarixində dərc olunub.

Azərbaycanda daha əvvəl beynəlxalq axtarışa verilmiş Cənubi Qazaxıstan vilayətinin sakini saxlanılıb.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Otuz altı yaşlı qadın Qazax rayonunda saxlanılıb. O, ötən ilin noyabr ayında Astanada Türkiyə vətəndaşının qaçırılmasında iştirakda ittiham olunub.

Müəllif: