Ucnoqta.az
www.ucnoqta.az

Gədəbəydə avtomobil qaçıran şəxslər saxlanılıblar

10:31 - 3 May 2018 tarixində dərc olunub.

 Gədəbəy rayonunda avtomobil qaçıran 2 nəfər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, Gədəbəy rayonunun Soyuqbulaq kənd sakini, 1986-cı il təvəllüdlü Məqsəd Qurbanov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, avtovağzal ərazisəndə ona məxsuz "Niva" markalı avtomobilin tanımadığı şəxlər tərəfindən qaçırıldığını bildirib. Faktla bağlı dərhal Gədəbəy RPŞ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobilin yerinin müəyyənləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində müəyyən olunub ki, avtomobili Gədəbəy rayon sakinləri, 1992-ci il təvəllüdlü Əfqan Əliyev və 1993-cü il təvəllüdlü Hafiz Abdullayev qaçırıb.
Saxlanılan şəxslər ilkin ifadələrində avtomobili rayon ərazisində gəzmək məqsədilə qaçırdıqlarını deyiblər.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: