Ucnoqta.az
www.ucnoqta.az

Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq

15:23 - 2 May 2018 tarixində dərc olunub.

Yol bağlı olmayacaq

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, paytaxtın Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü-nə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. 

Prospektin digər hissələrində isə məhdudliyyət qismən tətbiq olunacaq (yol bağlı olmayacaq) və səhər saatlarınadək qüvvədə olacaq.

Müəllif: