Ucnoqta.az
www.ucnoqta.az

Aprel ayında 802,6 milyon dollar satılıb

20:31 - 2 May 2018 tarixində dərc olunub.

Ölkədə valyuta satışı ilə bağlı statistika açıqlandı

Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb. Ucnoqta.az xəbər verir ki, Fondun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin aprel ayı ərzində 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Müəllif: