Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin aprel ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 5,938,510 kv.m (593.85 ha) ərazi yoxlanılıb, 2,596 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (TƏM) və 4 ədəd piyada əleyhinə mina (PƏM) (cəmi 2,603 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 487 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət , 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 523,990,199 kv.m (52,399.02 ha) ərazi təmizlənib və 796,754 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.