Ucnoqta.az
www.ucnoqta.az

3 saylı ASAN Xidmət Mərkəzinin direktoru “Aqrolizinq”ə sədr təyin edilib

14:02 - 2 May 2018 tarixində dərc olunub.

“Aqrolizinq” ASC-nin yeni sədrinin adı məlum olub.

Ucnoqta.az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, ASC-nin yeni sədri Seymur Mövlayevdir. S. Mövlayev bundan əvvəl 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru olub.
Qeyd edək ki, S. Mövlayevdən əvvəl “Aqrolizinq”in sədri Elşən Məmmədov olub. Kənd təsərrüfatı nazirinin əmri ilə E. Məmmədov Nazirliyin Texniki siyasət şöbəsinin direktoru təyin olunub.

Müəllif: