Ucnoqta.az
www.ucnoqta.az

Bakıda anasının pul və qızıllarını oğurlayan qadın saxlanılıb

12:51 - 2 May 2018 tarixində dərc olunub.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: