Ucnoqta.az
www.ucnoqta.az

Sabah paytaxtın bu ərazilərində su olmayacaq

20:38 - 1 May 2018 tarixində dərc olunub.
Sabah gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Ucnoqta.az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar mayın 2-də gün ərzində Xətai və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Müəllif: