<font color=red><b>Nazir 5 min manat taparaq sahibinə qaytaran məktəblini mükafatlandırıb</b></font>
16:49 - 1 May 2018 tarixində dərc olunub.
Təhsil naziri Ceyhun Bayramov içərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran məktəblini mükafatlandırıb.
Nazir Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.report