Ucnoqta.az
www.ucnoqta.az

Bakıda fərdi yaşayış evlərində başlanan yanğın söndürülüb

15:36 - 1 May 2018 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda həyət evlərində baş verən yanğın söndürülüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb edilib və yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir-birinə bitişik olan bir neçə evə ziyan dəyib.

Qeyd edək ki, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evlərində qeydə alınan yanğının qısaqapanmadan baş verdiyi bildirilir.trend

Müəllif: