Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Daha bir küçədə hərəkət məhdudlaşdırılır</b></font>

13:44 - 1 May 2018 tarixində dərc olunub.

May ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun laternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Müəllif: