Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub

22:23 - 30 Aprel 2018 tarixində dərc olunub.
Daşkəsən rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, mikroavtobus Daşkəsən-Gəncə yolunun 18 km-də "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: