Ucnoqta.az
www.ucnoqta.az

Bərdə sakini ehtiyatsızlıqdan həmkəndlisini güllələdi

12:24 - 30 Aprel 2018 tarixində dərc olunub.

 

Aprelin 29-da saat 16 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Müəllif: