Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda avtomobil 4 piyadanı vurub

10:26 - 28 Aprel 2018 tarixində dərc olunub.
Xaçmazın “Bakı” prospektində 4 piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.   Qəza nəticəsində Xaçmaz şəhər sakinləri, 1974-cü il təvəllüdlü İmamverdiyeva Şəlalə Baba qızı, 1965-ci il təvəllüdlü Əliyeva Gülçöhrə Mehdi qızı, 1960-cı il təvəllüdlü Bünyadova Xanım Ovçu qızı və 1956-cı il təvəllüdlü Mustafayeva Esmira Nuru qızı xəsarət alıb.   Xəsarət alan şəxslərin müalicəsi Xaçmaz Mərkəzi rayon xəstəxanasında davam etdirilir.   Faktla bağlı araşdırma aparılır.Apa
Müəllif: